İsrail bu dəqiqələrdə Livanda quru əməliyyatına başlaya bilər

30 Sentyabr 2024 20:34 (UTC+04:00)

İsrail bir neçə saat ərzində Livanda məhdud quru əməliyyatına başlaya bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CBS News amerikalı məmura istinadən xəbər verir.

…ABŞ rəsmisi CBS News-a İsrailin Birləşmiş Ştatları Livana məhdud miqyaslı işğal etmək niyyəti barədə xəbərdar etdiyini və bunun bir neçə saat ərzində başlaya biləcəyini təsdiqləyib.

…”Washington Post” həmçinin yazıb ki, İsrail Livanda tezliklə məhdud miqyaslı quru əməliyyatı keçiriləcəyi ilə bağlı ABŞ-a xəbərdarlıq edib.

… “The New York Times” isə İsrailin Livanda quru əməliyyatı ilə bağlı hələ yekun qərar vermədiyini yazıb. Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant Livanın şiə hərəkatı “Hizbullah”a qarşı müharibənin növbəti mərhələsinin tezliklə başlandığını elan edib.

Əli Babayev