Qazaxıstanda 420-dan çox uzunömürlü insan var

30 Sentyabr 2024 18:22 (UTC+04:00)

Qazaxıstanda 100 və daha yuxarı yaşda olan 423 vətəndaş qeydiyyata alınıb, ölkənin ən yaşlı qadın sakini isə 114 yaşındadır.

SİA-nın əldə etdiyi məlumata görə, AZƏRTAC Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ən çox uzunömürlü ölkənin cənub bölgələrində yaşayır.

Türküstan bölgəsində yaşı 100 və daha çox olan 64 nəfər yaşayır.

Uzunömürlülərin sayına görə ikinci yerdə 100 yaşdan yuxarı 48 vətəndaşın yaşadığı Qazaxıstanın ən böyük şəhəri Almatı qərarlaşıb. Üçüncü yerdə 38 uzunömürlü olan Almatı vilayətidir.

Ən yaşlı qazaxıstanlılar Ulıtau (114 yaş), Pavlodar (112 yaş) və Türküstan (110 yaş) vilayətlərində qeydə alınıb.