Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

30 Sentyabr 2024 17:18 (UTC+04:00)

Albaniyanın paytaxtı Tiranada keçirilən “Albanian Open” beynəlxalq turnirində yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi birinci yeri tutub. SİA xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, yığma turniri 5 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vurub.