Tünzalə Ağayevaya görə izdiham yarandı - FOTOLAR

30 Sentyabr 2024 17:00 (UTC+04:00)

Xalq artisti Tünzalə Ağayeva bu dəfə Xətai rayon Heydər Əliyev parkında baş tutan festivalda böyük coşğu ilə qarşılanıb. SİA xəbər verir ki, “Məktəbim” layihəsinin səfiri olan pop ulduz “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib. Tədbir “Shokki Mokki” və “Vuzuzela Media”nın dəstəyi ilə gerçəkləşib. Bir saat boyunca səhnədə olan müğənni ən sevilən və unudulmayan hitlərini səsləndirib. Tamaşaçılar da onunla birlikdə nəğmələri əzbərə söyləyiblər.

Estrada ulduzu ara-sıra pərəstişkarları ilə səhnədən həmsöhbət olub və onlarla fotolar çəkdirib.

Müğənninin bu dəfəki geyimi stilist Şamxal Ramazanlıya məxsusdur.

Festivalın sonunda Xalq artistiyə görə daha da böyük izdiham yaranıb. Hətta o avtomobilinə getməkdə çətinlik çəkib. Amma buna baxmayaraq səmimi ulduz dayanaraq tək-tək fanatları ilə xatirə fotoları çəkdirib.