Neymar meydana qayıtmaq üçün daha bir addım atıb - FOTOLAR

30 Sentyabr 2024 15:30 (UTC+04:00)

Neymar meydana qayıtmaq üçün daha bir addım atıb. SİA xəbər verir ki, braziliyalı ulduz "Əl-Hilal"da məşqlərə qoşulub.

Hücumçu yenidən məşq meydançasında komanda ilə topla işləyib. Futbolçu sosial şəbəkələrdə bir neçə foto paylaşaraq “Qrupa qayıtdığım üçün çox şadam... İndi tam sevincliyəm” sözlərini yazıb.

Cənubi amerikalı futbolçu 2023-cü ilin oktyabrın 18-da Braziliya millisinin heyətində DÇ-2026-seçmə mərhələsinin oyununda diz bağlarını zədələyib. O, 11 aydan çox müddətə sıradan çıxıb.

Neymar 2023-cü ilin yayında kluba qoşulduqdan sonra "Əl-Hilal"ın heyətində cəmi 5 oyuna çıxıb.