Gəncədə Azərbaycanın milli parklarının tanıtımı olub

30 Sentyabr 2024 15:24 (UTC+04:00)

Gəncə şəhərində Azərbaycanın milli parklarının tanıtımına həsr olunan tədbir təşkil edilib. SİA-nın məlumatına görə, Gəncə şəhəri Filarmoniya bağında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” tədbiri keçirilib.

Tədbirdə ölkədə fəaliyyət göstərən 10 milli parkın hər birinin özünəməxsusluğunu əks etdirən stendlər yer alıb və milli parklara aid videoçarxlar, ekoturizm marşrutları nümayiş etdirilib.

Həmçinin tədbir çərçivəsində canlı ifalar və milli rəqslər təqdim olunub, gənc rəssamların milli parklara aid rəsmləri sərgilənib, iştirakçılar arasında ekoviktorina təşkil olunub.