Azərbaycan Kubokunun 2024/2025 mövsümündə 34 komanda mübarizə aparacaq

30 Sentyabr 2024 15:12 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümündə 34 komanda mübarizə aparacaq. SİA xəbər verir ki, Azərbaycan Premyer Liqası və I Liqanın hərəsindən 10, II Liqanın isə 14 komandası qalib adı uğrunda yarışacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı 2025-ci il iyunun 1-də keçiriləcək.