Parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb

30 Sentyabr 2024 14:40 (UTC+04:00)

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb. SİA xəbər verir ki, bununla bağlı məsələ parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında müzakirə olunub.

Deputat Ramid Namazov komissiyanın sədri seçilib.