Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ağaqulu Tağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq heroin aşkar edilib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırmalar zamanı A.Tağıyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan iranlı narkotacirdən aldığı müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.