İlham Əliyev Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib

30 Sentyabr 2024 13:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskini qəbul edib. SİA bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir.