“Ötən il Bakı Beynəlxalq Kitab Sərgisində 75 000 insan iştirak edib” - Aynur Kərimova

30 Sentyabr 2024 12:02 (UTC+04:00)

“Ötən il ilk dəfə olaraq Bakı Beynəlxalq Kitab Sərgisində 75 000 insan iştirak etdi”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin Aynur Kərimova deyib.

O bildirib ki, sərgidə iştirakla bağlı bu il 120 000 insanın iştirak etməsini hədəfləmişik: “Həmçinin ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək”.