Azərbaycan ASOSAI-nin İdarə Heyətinin iclasına ev sahibliyi etmək istəyir

30 Sentyabr 2024 11:58 (UTC+04:00)

Azərbaycan Ali Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin (İH) gələnilki toplantısına ev sahibliyi etmək istəyir. SİA bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, ASOSAI-nin yeni seçilmiş üzvlərinin də iştirakı ilə ASOSAI İdarə Heyətinin 61-cı toplantısı keçirilib. Toplantıda Palatanın sədri Vüqar Gülməmmədov iştirak edib. O, İH-nin üzvlüyü üçün səsvermədə Azərbaycana səs verən ölkələrin AAO-larına təşəkkürünü bildirib, qeyd edib ki, Azərbaycan ASOSAI-ın fəaliyyətinin təkmilləşdirilməsi üçün səylə çalışacaq.

Sədr çıxışında ASOSAI-ın İH-nin 2025-ci il toplantısının Bakıda keçirilməsi üçün təklif irəli sürüb.