Pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi müzakirə edilib - FOTOLAR

30 Sentyabr 2024 11:55 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan arasında pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsini müzakirə edilib. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Qazaxıstanlı həmkarım Timur Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə hər iki qurumun pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərlə bağlı fikir mübadiləsi apardıq. Maliyyə sektoru üçün aktual olan məsələlərin müzakirəsindən sonra qurumlar arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.