ABŞ səfiri Milli Qəhrəmanımızın məzarını ZİYARƏT EDİB - FOTO

30 Sentyabr 2024 11:46 (UTC+04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi 27 Sentyabr - Anım Günü Bakıdakı Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, səfir Libbi bu ziyarətilə bağlı yazdığı statusda "həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik" ifadəsini qeyd edib.

Mark Libbi Şəhidlər xiyabanını ziyarət edərkən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin məzarına da gül dəstələri qoyub.

ABŞ səfiri ziyarətlə bağlı sosial şəbəkədə tam olaraq bu statusu yazıb:

“Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik».