Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar - FOTOLAR

30 Sentyabr 2024 11:31 (UTC+04:00)

Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa kubokunda üç medal qazanıblar. SİA Gənclər və İdman Nazirliyinə xəbər verir ki, Rəşad Yelkiyev (66 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnib.

Hüseyn Allahyarov (60 kq) və Camal Qamzatxanov (+100 kq) isə gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, Azərbaycan yarışın komanda hesabında 4-cü olub.