Ağcabədidə 82 yaşlı kişi ağacdan yıxılaraq ölüb

30 Sentyabr 2024 11:16 (UTC+04:00)

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. SİA-nın xəbərinə görə, rayon sakini, 1942-ci il təvəllüdlü Nəsib Süleymanov yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.