Azərbaycan qılıncoynadanı Gürcüstanda bürünc medal qazanıb - FOTOLAR

30 Sentyabr 2024 10:16 (UTC+04:00)

Azərbaycanın yeniyetmə qılıncoynadanı Leyla Əhmədova Avropanın "Cadet Circuit" turnirinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən mərhələsində bürünc medal qazanıb. Qılıncoynatma Federasiyasından SİA-ya verilən məlumata görə, son yarış günündə sablya növü üzrə yeniyetmə qızların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran L.Əhmədova pley-offda Gürcüstan və Türkiyə təmsilçilərinə qalib gəlsə də, finalın bir addımlığında Yunanıstan sablyaçısına uduzub.

Yarımfinala finala yüksəlməklə bürünc medalı təmin edən Leyla turniri üçüncü sırada başa vurub.