Mourinyo etiraz etdi

30 Sentyabr 2024 10:10 (UTC+04:00)

Türkiyə çempionatının 7-ci turunun “Antalyaspor” – “Fənərbaxça” (0:2) matçının 78-ci dəqiqəsində maraqlı hadisə yaşanıb. SİA xəbər verir ki, görüşün baş hakimi Cihan Aydın qonaqların baş məşqçisi Joze Mourinyoya sarı vərəqə göstərib.

Həmin epizodda portuqaliyalı mütəxəssis hakimlər briqadasının ofsayd qərarı ilə razılaşmayıb. Eyni zamanda həmin epizodun təkrarı yayımçı kanalda nümayiş etdirilməyib.

Bundan qəzəblənən Mourinyo mübahisəli ofsayd anının görüntüsünün əks olunduğu noutbuku götürərək yayım kamerasının qarşısına qoyub. Bu, onun sarı vərəqə ilə cəzalandırılmasına səbəb olub.