Göygöldə azyaşlının üzərinə dəmir qapı düşüb

30 Sentyabr 2024 10:05 (UTC+04:00)

Göygöldə bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, rayon sakini 2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı düşüb.

Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.