Nyu-York birjasında təbii qaz ucuzlaşıb

30 Sentyabr 2024 10:03 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,13% azalaraq 2,888 ABŞ dolları təşkil edib.