Gəncədə əməliyyat olunan qadın xəstəxanada ölüb

30 Sentyabr 2024 09:55 (UTC+04:00)

Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb. SİA-nın məlumatına görə, sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-də dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.