FHN-in amfibiya təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO

30 Sentyabr 2024 09:31 (UTC+04:00)

Türkiyədəki meşə yanğınları ilə bağlı göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. Nazirlikdən SİA-ya verilən məlumata görə, əməliyyat çərçivəsində təyyarə ötən gün Manisa-Alaşehir istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.

https://youtu.be/gffh8ppIQZ8