"Atletiko" "Real"la oyunun son dəqiqələrində vurduğu qolla məğlubiyyətdən xilas olub

30 Sentyabr 2024 01:36 (UTC+04:00)

İspaniya La Liqasında VIII turun oyunları davam edir. SİA xəbər verir ki, turun mərkəzi görüşü Madrid derbisi ilə yadda qalıb. "Atletiko" doğma meydanda "Real"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Hesabı 64-cü dəqiqədə Eder Militao açıb. Ev sahiblərinin heyətində Anxel Korrea 90+5-ci dəqiqədə fərqlənərək komandasına derbidə 1 xal qazandırıb.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran "kral klubu" 2-ci yerdə qərarlaşıb. Ev sahibləri isə 16 xalla 3-cü sıradadır.