Obamanın qardaşı Barakın necə prezident olduğunu açıqlayıb

29 Sentyabr 2024 22:04 (UTC+04:00)

...Ögey qardaşı Malik Obamanın RT-yə verdiyi məlumata görə, ABŞ prezidenti olmaq üçün keçmiş Amerika lideri Barak Obama Klintonların və digər zəngin insanların dəstəyini almalı idi.

Malik Obamanın sözlərinə görə, Barak “təvazökar və mehriban” idi. Amma o, özünü hakimiyyət dəhlizlərində tapanda özünü müəyyən tərzdə aparmalı oldu, - deyə keçmiş ABŞ liderinin qardaşı əlavə edib.

…Düşünmürəm ki, o onlara yox deyə bilər, çünki bu insanlar onu dəstəkləyənlərdir və o, onların qaydaları ilə oynamaq məcburiyyətində idi.

SİA-nın əldə etdiyi məlumata görə, bunu da Malik Obama deyib.

O, həmçinin bildirib ki, hazırda Ağ Evin hazırkı qərarlarına Barak Obamanın özü təsir edir.

Bundan əvvəl Malik Obama RT-yə müsahibəsində keçmiş Amerika liderinin Nobel Sülh Mükafatı laureatı ola biləcəyindən çaşdığını dilə gətirib.

Əli Babayev