Məktəblərdə Darvinin nəzəriyyəsi öyrənilməlidir..?

29 Sentyabr 2024 22:16 (UTC+04:00)

…Kilsə və Media ilə Əlaqələr üzrə Sinodal Departamentin sədri Vladimir Leqoyda deyib ki, Çarlz Darvinin nəzəriyyəsinin məktəblərdə tədrisinə qadağa qoyulmasına ehtiyac yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Leqoyda elmi dünyanın müxtəlifliyini düşünülmüş və dərindən əks etdirməyə çağırıb.

O qeyd edib ki, ümumtəhsil məktəblərində uşağa “bir çox fəlsəfi dərinlik olmadan insanın mənşəyi haqqında danışılır, bazar günü məktəbində isə ona qəti şəkildə alternativ yanaşma kimi qəbul edilə bilən şeylər izah olunur”.

…Qeyd edək ki, bundan əvvəl Çeçenistanın keçmiş baş naziri Müslüm Xuçiyev təhsil naziri Sergey Kravtsova Darvinin nəzəriyyəsini məktəb dərsliklərindən çıxarmağı təklif etmişdi.

Əli Babayev