SİA-nın əldə etdiyi məlumata görə, hadisə Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hər ikisi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.