Yanğın axır ki, söndürüldü...

29 Sentyabr 2024 20:18 (UTC+04:00)

…Sentyabrın 15-də Nijni Novqorod vilayətində bərk məişət tullantıları poliqonunda baş vermiş yanğın…bu gün tam söndürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qorodets rayonunun rəhbəri Aleksandr Mudrov bildirib.

…Bərk məişət tullantıları poliqonunda baş vermiş yanğının nəticələrinin aradan qaldırılması başa çatıb. Onun sözlərinə görə, əraziyə nəzarət davam edir. Skorodum kəndi yaxınlığındakı Qorodetski rayonundakı poliqonda yanğın sentyabrın 15-i axşam saatlarında başlayıb. Sentyabrın 17-də yanğının 35 min kvadratmetr ərazini əhatə etdiyi bildirilib.

Bundan əvvəl Nijni Novqorod vilayətindəki poliqonda növbəti yanğın barədə məlumat yayılıb.

Əli Babayev