İrlandiyalı könüllünün ölümü göstərir ki...

29 Sentyabr 2024 19:26 (UTC+04:00)

Bu arada Ukraynadakı müharibədə 29 yaşlı keçmiş İrlandiya əsgəri Robert Digenin ölümü məlum olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bəzi ekspertlərin fikrincə, Qərb müttəfiqlərinin qətiyyətsizliyi səbəbindən Ukraynada hər gün ölənlərin sayı artır.

… “The Times” yazır ki, Digen sentyabrın 19-da Xarkov yaxınlığındakı Kupyansk rayonunda öldürülüb.

Nəşrin məlumatına görə, o, yaxın döyüş zamanı güllə yarası alıb.

Qeyd edilir ki, onun meyiti hələ də tapılmayıb.

Xatırladaq ki, keçmiş İrlandiya əsgər 2022-ci ildə Rusiya işğalı başlayandan sonra Ukrayna Xarici Legionuna qoşulmuşdu.

Mətbuat yazır ki, o, əvvəldən cəbhə xəttində gedən döyüşlərdə iştirak edib və müvəqqəti olaraq ruslar tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi əməliyyatlarında iştirak edib.

Əli Babayev