Norveç də Rusiya ilə sərhəddə hasar çəkmək istəyir…

29 Sentyabr 2024 19:05 (UTC+04:00)

...Norveç hökuməti Rusiya ilə sərhəddə hasar çəkmə imkanını nəzərdən keçirir.

Bunu Krallığın Ədliyyə Nazirliyinin rəhbəri Emili Mehl bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə NRK dövlət teleradio şirkəti yazır.

Jurnalistlərin sözlərinə görə, Nazirlər Kabineti Finlandiyada hasarın tikintisinə başlandıqdan sonra hasar çəkmək barədə düşünməyə başlayıb.

…Bu, ya bütün sərhəd, ya da onun bəzi hissələri üçün aktual ola biləcək bir tədbirdir.

Bunu Mehl deyib.

Rəsmi izah edib ki, sərhəd hasarları təkcə çəkindirici təsiri ilə deyil, həm də sərhədə yaxın yerdə hərəkət edən insanları aşkar etməyə imkan verəcək sensorlar və texnologiyaların olması ilə maraqlıdır.

…Əvvəllər bildirilirdi ki, 2024-2026-cı illər arasında Rusiya-Finlandiya sərhədində 200 km-ə yaxın hasar çəkiləcək. Hasarın böyük hissəsi onun cənub-şərq hissəsində yerləşəcək.

Əli Babayev