İsrailin zərbələri nəticəsində bir milyon livanlı evlərini tərk etməli olub

29 Sentyabr 2024 18:45 (UTC+04:00)

...Təxminən bir milyon livanlı İsrailin zərbələri səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, ABC telekanalı xəbər verir ki, bu barədə Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati bildirib.

…Biz yəqin ki, Livanın bütün tarixində insanları köçürmək üçün həyata keçirilən ən kütləvi əməliyyatdan danışırıq.

Bunu deyən nazirin sözlərinə görə, son günlər ölkədə bir milyona yaxın insan qaçmağa məcbur olub - bu, əhalinin təxminən altıda bir hissəsidir.

İsrail Livanın cənubunda şiə Hizbullah hərəkatının infrastrukturuna fəal şəkildə hücum edir.

Əli Babayev