İsrailin şimalı Livandan atəşə tutulub

29 Sentyabr 2024 16:16 (UTC+04:00)

İsrailin şimalı Livandan atəşə tutulub. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kinneret gölünün sahilində yerləşən Tiberiya şəhəri istiqamətində raket atışı qeydə alınıb. Raket təhlükəsi ilə əlaqədar bu ərazidə hava hücumu xəbərdarlığı elan edilib.

Ümumilikdə, Livan ərazisindən Tiberiyaya doğru səkkiz mərmi atılıb. İtkilər barədə məlumat verilmir.