Şeyx Həsən Nəsrullahın meyiti dağıntılar altından çıxarılıb

29 Sentyabr 2024 16:10 (UTC+04:00)

Hizbullah lideri Şeyx Həsən Nəsrullahın meyiti dağıntılar altından çıxarılıb. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki, Hizbullah lideri İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi zərbə nəticəsində ölüb.