Hizbullah cənub cəbhəsinin komandirinin öldürüldüyünü təsdiqləyib

29 Sentyabr 2024 16:09 (UTC+04:00)

Hizbullah Hərəkatı cənub cəbhəsinin komandiri Ali Karkinin öldürüldüyünü təsdiqləyib. SİA-nın xəbərinə görə, Ali Karki cümə günü İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi aviazərbə nəticəsində öldürülüb.

Qeyd edək ki, sentyabrın 27-də həmin aviazrbə nəticəsində Hizbullah Hərəkatının lideri Şeyx Həsən Nəsrullah da ölüb.