Nepalda ölənlərin sayı 100-ü keçdi

29 Sentyabr 2024 15:30 (UTC+04:00)

Nepalda leysan yağışlar Baqmati çayı və onun qollarında daşqınlara yol açıb. SİA “Hindustan Times”ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində paytaxt Katmandu və ətraf rayonlarda 112 nəfər ölüb, 70-ə yaxın insan itkin düşüb.

Qeyd edilib ki, 1970-ci ildən sonra son sutka ərzində Nepal paytaxtında yağıntıda rekord qeydə alınıb. Katmanduya orta hesabla 240 mm, bəzi regionlara 322 mm yağıntı düşüb.