İranda polis məntəqəsinə silahlı hücum olub - ölən və yaralananlar var

29 Sentyabr 2024 14:25 (UTC+04:00)

Bu gün səhər saatlarında naməlum silahlı şəxslər İranın Zahidan şəhərində yerləşən Dumək polis postuna hücum ediblər. SİA xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb. Bildirilib ki, qarşıdurma zamanı bir neçə polis öldürülüb, bir neçəsi isə yaralanıb.

Qeyd olunub ki, hələlik hücumda ölən və yaralanan polislərin sayı bəlli deyil.