Bu gün Madrid derbisi keçiriləcək

29 Sentyabr 2024 14:06 (UTC+04:00)

Bu gün İspaniya La Liqasının VIII turunda Madrid derbisi keçiriləcək. SİA-nın məlumatına görə, "Real" "Atletiko"nun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Meydan sahibləri 15 xalla üçüncü, "kral klubu" 17 xalla ikinci pillədə qərarlaşıb. "Atletiko"da Sesar Aspilikueta, Pablo Barrios və Tomad Lemar zədəlidir. Qonaqlarda isə Kilian Mbappe, Brahim Dias, Dani Sebalyos David Alaba eyni səbəbdən matçı buraxmalı olacaqlar.