Polşada ölənlərin sayı 9 nəfərə çatıb

29 Sentyabr 2024 13:16 (UTC+04:00)

Polşanın cənub-qərbində irimiqyaslı daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. SİA-nın xəbərinə görə, bu barədə Polşa Nazirlər Kabinetinin iclasında məlumat verilib. Bununla da daşqın qurbanlarının sayı daha 2 nəfər artıb.

Təbii fəlakətlə əlaqədar 4778 nəfər evlərini müvəqqəti tərk etmək məcburiyyətində qalıb.