Cüdoçularımızdan ilk gündə 2 medal

29 Sentyabr 2024 13:05 (UTC+04:00)

Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal əldə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ötən gün kişilər arasında -60 kq çəkidə Hüseyn Allahyarov gümüş medal, -66 kq çəkidə Rəşad Yelkiyev qızıl medal qazanıb.