Azərbaycanlı futbolçular Türkiyədə üz-üzə gəldilər

29 Sentyabr 2024 12:38 (UTC+04:00)

Türkiyənin 1-ci liqasında 7-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, bu tur Azərbaycan millusinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” yığmanın hücumçusu Renat Dadaşovun komandası “Ankaragücü”nü qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start “11-lik”də çıxan Coşqun 83-cü dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə sarı vərəqə də alıb. Dadaşov isə matçın 59-cu dəqiqəsində meydana buraxılıb. Hazırda 11 xalı olan “Bandırmaspor” turnir cədvəlinin 5-ci, 9 xala malik “Ankaragücü” isə 13-cü pilləsində mövqe tutub.