Avstriyada parlament seçkiləri keçirilir

29 Sentyabr 2024 10:35 (UTC+04:00)

Bu gün Avstriyada parlament seçkiləri keçirilir. SİA-nın xəbərinə görə, 6,3 milyon avstriyalı səsvermə hüququna malikdir.

Qeyd edək ki, bu ilin iyununda Avropa Parlamentinə keçirilən seçkilərdə radikal sağ Avstriya Azadlıq Partiyası qalib gəlib. Avstriya parlamentinə keçirilən seçkilərdə də diqqət bu partiyaya yönəlib. Sosioloji sorğulara əsasən, seçicilərin 28 faizə qədəri Avstriya Azadlıq Partiyasını dəstəkləyir. Bu partiyanı 25 faiz səslə mühafizəkar Avstriya Xalq Partiyası və 20 faiz səslə sosial-demokratlar izləyir.