Ukraynadan Belqoroda zərbə olub - ölən və yaralananlar var

29 Sentyabr 2024 10:12 (UTC+04:00)

Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətinə zərbə endirib. SİA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov paylaşım edib.

Qeyd edilib ki, zərbə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılardan 2-i ağır durumdadır.