Hakan Fidandan öldürülən “Hizbullah” lideri ilə bağlı AÇIQLAMA

29 Sentyabr 2024 09:31 (UTC+04:00)

“Hizbullah”ın lideri Seyid Həsən Nəsrullah Livan və region üçün önəmli fiqur idi. Onu əvəz etmək çətin olacaq”. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda “TRT Haber”ə açıqlamasında deyib.

“ABŞ və digər Qərb ölkələrinin laqeydliyi zorakılığın davam etməsinə imkan verir”, - nazir bildirib.

Qeyd edək ki, İsrailin Beyruta zərbələri nəticəsində həlak olan “Hizbullah” lideri Həsən Nəsrullahı qohumu, Cihad Şurasının rəhbəri və təşkilatın ikinci şəxsi Seyid Haşim Səfiəddinin əvəz edəcəyi gözlənilir.