Rusiya və Burkina Faso qəribə bəyanat imzalayıblar

28 Sentyabr 2024 22:55 (UTC+04:00)

Rusiya və Burkina-Fasonun xarici işlər nazirləri Sergey Lavrov və Karamoko Jan-Mari Traore kosmosa silah yerləşdirməməsi ilə bağlı birgə bəyanat imzalayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.

Qeyd edək ki, Burkina Faso əhalisinin 40 faizinin yoxsulluq həddinin altında yaşadığı Afrika dövlətidir.
Əli Babayev