Tambov yaxınlığındakı poliqonunda müəmmalı yanğın baş verib

28 Sentyabr 2024 21:08 (UTC+04:00)

…Rusiyanın Tambov şəhəri yaxınlığında Baş Kəşfiyyat İdarəsinin hərbi poliqonu ərazisində baş verən irimiqyaslı yanğın hələ də davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, hadisənin həssas obyektdə baş verdiyini əsas gətirən Fövqəladə Hallar Nazirliyi, şərh verməkdən imtina edib.

Hərbçilər və yerli hakimiyyət orqanları da susur.

Görüntüləri Ukrayna 365 Telegram kanalında görmək olar. Qeyd edək ki, poliqonda baş verən yanğınla bağlı məlumat cümə günü, sentyabrın 27-də yaranıb.

Onu bir gecədə söndürmək mümkün deyildi. Tambov və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri hadisə yerində nəhəng parıltı müşahidə ediblər.

Əli Babayev