“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

28 Sentyabr 2024 19:16 (UTC+04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Gürcüstanda keçirilən “Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hər üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri Vaziani təlim mərkəzində strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetiriblər.

İştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin olunması məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.