"Zirə" "Kəpəz"i üç cavabsız qolla məğlub edib

28 Sentyabr 2024 19:09 (UTC+04:00)

Futbol üzrə Misli Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, “Zirə” doğma meydanda “Kəpəz”i sınağa çəkib. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Ceyhun Nuriyev, Rüstəm Əhmədzadə və Davit Volkov vurublar.

Bu nəticədən sonra “Zirə” 15 xalla 3-cü pilləyə yüksəlib. Xalı olmayan “Kəpəz” isə sonuncu – 10-cu sırada qərarlaşıb.

Günün ikinci oyununda “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Saat 19:30-da start götürəcək görüşü Cavid Cəlilov idarə edəcək.Hələlik qələbəsi olmayan “ağ-qaralar” 4 xalla 9-cu, “kimyaçılar” isə 6 xalla 7-ci sıradadır.

Qeyd edək ki, ötən gün turun açılış oyununda "Araz-Naxçıvan" "Səbail"i məğlub edib – 3:2.