Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

28 Sentyabr 2024 17:16 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayevin sentyabrın 30-da Balakən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Nazirlikdən SİA-ya bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə növbəti günlərdə nazirliyin informasiya resurslarında əlavə məlumat veriləcək.