Azərbaycan çempionatının debütantı ABŞ-dən olan basketbolçu ilə müqavilə imzalayıb

28 Sentyabr 2024 16:02 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında çıxış edəcək "Ordu" heyətini yeni oyunçu ilə gücləndirib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Debütant ABŞ-dən olan basketbolçu Renni Qrifinlə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Renni Qrifin son olaraq ölkəmizdə NTD-nin formasını geyinib.