"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib

28 Sentyabr 2024 15:32 (UTC+04:00)

"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib. Bu barədə SİA-ya paytaxt təmsilçisinin mətbuat katibi Asəf Zeynallı məlumat verib.

O, 32 yaşlı yarımmüdafiəçinin məşqdə dizindən zədə xəsarət aldığını bildirib. Mahmudov bu gün "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının VIII tur matçında iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu saat 19:30-da başlayacaq.