Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir

28 Sentyabr 2024 13:13 (UTC+04:00)

Birjalarda qızıl ucuzlaşmaqda davam edir. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,99% və ya 26,8 dollar azalaraq 2,668.1 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyasının qiyməti də 1,62% azalaraq 31,82 ABŞ dollarına bərabər olub.